Cenazesi ve Kabri

Cenazesi ve Kabri için 6 cevap

  1. **** Narahatçılıq***

    Türkiyənin ədəbi və elmi ictimaiyyət İ.Qaspralını hələ yaxşı tanımır. Mən bunu işin içində olduğum üçün deyirəm.Suallarınıza və etirazlarına cavab göndərməyə hazıram.

    N.B.Nasreddinov,
    Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.
    Bakı,11.11.2012-ci il.

  2. *** Ciddi narahatlıq
    və yaxud
    indi deməsək, sonra gec olar***

    Çox təəssüf ki, Türkiyənin ədəbi və elmi ictimaiyyəti arxiv və kitabxana çətinliklərinə görə İsmayıl bəy Qaspralını hələ də yaxşı tanımır.Tədqiqatçılar arama və araşdırmalarında, incələmələrində ,demək olar ki, bir-birini təkrar edirlər.
    İ.Qaspralını görkəmli jurnalist ,pedaqoq və ictimai xadim kimi yetişdirən Tiflisdə bərqərar olan Azərbaycan ədəbi mühitidir
    İ.Qaspralı türkdilli yazılarını “Tərcüman”ın nəşrindən xeyli, bir neçə il əvvəl S.Ünsizadənin naşiri və təsisçisi olduğu “Ziya”qəzetində çap etdirmişdir. ( “Ziya “1879-1880-ci illərdə, onun düşünülmüş davamı olan “Ziyayi-Qafqasiyyə” isə1880-1884-cü illərdə Tiflisdə çap olunmuşdur). İ.Qaspralı Səid Əfəndi Ünsizadəni özünə müəllim hesab etmiş, bu görkəmli Azərbaycan ziyalısı və maarifçisi ilə fikir və məfkurə birliyində olmuşdur. Bu, faktdır.Fakt gələndə baş əymək lazım gəlir.

    Nazim Nəsrəddinov,
    Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.
    Bakı,11.11.2012.

  3. Qaspralıdan yazanlar, bir-birinizdən köçürməyin. Araşdırın, axtarın, faktları incələməyə çalışın.(04.01.2013).

  4. Nazim Nəsrədddinov der ki:

    Elmdə simpatiya,rəğbət görünməməlidir.Hər nəsnədən olduğu kimi danışılmalıdır.Çox təəssüf ki, İsmayıl bəydən yazanlar bəzən bunu unudurlar.
    İsmayıl bəy böyük şəxsiyyətdir.Onun olduğundan artıq şişirdilməsinə ehtiyac yoxdur.

    Nazim Nəsrəddinov,
    Azərbaycan Respublikasının əməkdar müəllimi,
    AAM-in kafedra müdiri.

    Bakı,17.02.2013-cü il.

  5. Nazim Nəsrədddinov der ki:

    ******** Deməsəm, bu mövzunun kəsəri olmur******

    Abid Tahirlinin 2010-ci ildə Bakıda “Ozan” nəşriyyatında çap olunmuş 240 səhifəlik “Bütün türklərin tərcümani” kitabını oxuyun. Maraqlı nəşrdir.
    İsmayıl Qaspralıya həyat dərsi verən şamaxılı Səid Əfəndi Ünsizadəni (1825-1905) də yada salın.
    S.Ünsizadə türk dünyasının XIX əsrdə yetişdirdiyi, pərvazlandırdığı ən böyük fikir adamlarından biridir.

    Nazim Nəsrəddinov.
    Bakı,17.02.2013.

  6. Nazim Nəsrədddinov der ki:

    Abid Tahirlinin adı çəkilən kitabı 2010 -ci ildə yox,2011-ci ildə çap olunub.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir